Bakı – APA. Bakıda keçirilən ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində Rusiya istehsalı olan Ka-52 “Alliqator” kəşfiyyat-zərbə helikopteri təqdim olunub.
“Vertolyotı Rossii” holdinqdən APA-ya daxil olan məlumata görə, Ka-52 “Alliqator” helikopterinin hazırlanmasında Rusiyanın ən müasir qabaqcıl texnologiyalarından istifadə olunub.
Sözügedən helikopteri istehsal edən “Vertolyotı Rossii” holdinqinin baş direktoru Aleksandr Mixeyev “Alliqator” bütün lazımi dövlət sınaqlarından keçib. Onun sözlərinə görə, hazırda helikopter “Rosoboroneksport” şirkəti tərəfindən xaricdəki sifarişçilərə təqdim olunur.