Bank Of Baku

Salyanda 38 əl qumbarası, 47 partladıcı, Göygöldə mərmi tapılıb - YENİLƏNİB

Salyanda 38 əl qumbarası, 47 partladıcı, Göygöldə mərmi tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 27 aprel 2017 16:16 (UTC +04:00)

Göygöl rayonunda top mərmisi aşkar edilib.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, Göygöl rayonunun Aşağı Zurnabad kəndi ərazisində su arxının kənarına baxış keçirilib, 1 ədəd 120 mm-lik 3OF-49 modelli top/minaatan mərmisi (NONA) aşkar olunub.

 

Daşınması mümkün olmadığına görə mərmi yerində zərərsizləşdirilib.

 

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.

 

 

***

 

saat 18.04

 

Salyan rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin anbarına baxış keçirilib, təlim məqsədli 38 ədəd RQD-5 əl qumbarası və 47 ədəd UZRQM partladıcısı aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb. 

 

Əməliyyat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı əsasında keçirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR