Bakı. Rəşad Süleymanov-APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi general-leytenant Arzu Rəhimov avqustun 10-da Şəki şəhərində şimal-qərb rayonları üzrə vətəndaşları qəbul edəcək. Bu barədə APA-ya SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.
Xidmətin Şəki şəhər şöbəsinin inzibati binasında (Şəki şəhəri, M. Füzuli küçəsi - 1) keçiriləcək görüşdə Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar avqustun 9-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.