Bank Of Baku

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiqLənib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiqLənib
# 17 iyul 2013 11:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

 

Qaydalarda SHÇDX-nin ali zabitlərinin, zabitlərinin, gizirlərinin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi norması müəyyən olunub.

 

Qaydalarda Dövlət Xidmətinin qadın ali zabitləri, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normaları da əksini tapıb.

 

SHÇDX-nin ali zabitlərinin geyim normasına 23 növ geyim, 4 növ ayaqqabı, 9 növ dəyişək və 11 növ ləvazimat daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR