Bakı. Ağa Cəfərli - APA. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) jurnalistlər arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turniri keçirib.
APA-nın məlumata görə, turnir “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilib. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edib.
Yarışın nəticəsinə görə I yeri “Hərbi And” qəzeti, II yeri “Trend” informasiya agentliyi, III yeri isə “APA TV” tutub.
Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.