Bank Of Baku

Dövlət Xidmətinə hərbi qeydiyyatla bağlı pozuntularla əlaqədar cərimə tətbiq etmək səlahiyyəti verilib

Dövlət Xidmətinə hərbi qeydiyyatla bağlı pozuntularla əlaqədar cərimə tətbiq etmək səlahiyyəti verilib
# 06 iyun 2015 14:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 avqust tarixli 389  fərmanında dəyişiklik edilməsi barədə fərman verib.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi qeydiyyatla bağlı pozuntularla (İnzibati Xətalar Məcəlləsinin 350-ci, 354.2-ci, 354.3-cü və 355-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar) əlaqədar xəbərdarlıq etmək və cərimə tətbiq etmək səlahiyyəti verilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin  350-ci maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə-xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir. 354.2-ci maddə  Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsi ilə bağlıdır.  Bu maddəyə əsasən hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir. 354.3-ü maddəyə əsasən çağırışçıların və hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə xəbərdarlıq edilir və ya əlli manat miqdarında cərimə edilir. 355-ci maddə isə hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi barədədir.  Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq edilir və ya əlli manat miqdarında cərimə edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR