Bank Of Baku

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçikaya səfər edib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçikaya səfər edib
# 19 may 2015 15:18 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına səfər edib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə,  səfər NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək məqsədi daşıyır.   

 

Görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaq.

 

Səfər mayın 21-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR