APA-nın Sloveniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti əsasında baş tutacaq.
R. Yakiçin S. Əbiyevlə yanaşı, Azərbaycan prezidenti, xarici işlər və fövqəladə hallar nazirləri ilə də görüşləri planlaşdırılır.