Bank Of Baku

Tiflisdə NATO-nun konfransı keçirilir

Tiflisdə NATO-nun konfransı keçirilir
# 09 iyun 2015 15:57 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə NATO-nun təşkilatçılığı ilə “Strateji hərbi tərəfdaşlıq” mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda NATO-ya üzv və tərəfdaş ölkələrin silahlı qüvvələrinin baş qərargah rəisləri, səlahiyyətli nümayəndələri və ekspertlərdən ibarət 60-dan çox ölkə iştirak edir.

 

Tədbirin açılışında NATO transformasiya birləşmiş qüvvələrinin komandiri, Fransa Hava Qüvvələrinin generalı Jan-Pol Palomeros, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli və digər rəsmi şəxslər çıxış edib. Sonra NATO-nun rəhbər şəxsləri və üzv ölkələrin baş qərargah rəislərinin strateji məsələlər barədə məruzələri dinlənilib.

 

Tədbirdə Azərbaycanı Müdafiə Nazirliyinin yüksək çinli zabitləri təmsil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR