Bakı. Rəşad Süleymanov – APA. Türkiyə müdafiə sənayesi sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisində geniş təmsil olunacaq. Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.
Sentyabrın 11-dən 13-dək davam edəcək sərgidə Türkiyədən SSM himayəsi altında 31 firma qatılacaq. Türkiyə şirkətləri tərəfindən istehsal edilmiş silah, sursat, hərbi texnika və digər müdafiə təyinatlı məmulatlar 1252 kvadratmetrlik milli pavilyonda sərgilənəcək.