Bank Of Baku

Türkiyə Müdafiə Sənayesi Katibliyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

Türkiyə Müdafiə Sənayesi Katibliyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb
# 16 iyul 2013 14:21 (UTC +04:00)

Bakı. APA. Azərbaycanda səfərdə olan Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) nümayəndə heyəti bu gün DİN Daxili Qoşunlarının Baş İdarəsində olub. APA-nın məlumatına görə, görüşdə Azərbaycan tərəfinə türk firmalarının mövcud layihələri barədə məlumatlar verilib, əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Nümayəndə heyətində SSM ilə yanaşı Türkiyənin müdafiə sənayesində fəaliyyət göstərən bir sıra firmaların nümayəndələri təmsil olunublar.

 

Nümayəndə heyətinə SSM-in beynəlxalq əməkdaşlıq idarəsinin müdiri Lütfi Varoğlu rəhbərlik edib.

 

Nümayəndə heyəti iyunun 11-də Bakıya gəlib. Səfər çərçivəsində Türkiyə heyəti Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarda olub.

 

Səfər bu gün başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR