Bank Of Baku

Türkiyə müdafiə sənayesi müstəşarı: “Türkiyə Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edərək bölgədə sülhə nail olmaq istəyir”

Türkiyə müdafiə sənayesi müstəşarı: “Türkiyə Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edərək bölgədə sülhə nail olmaq istəyir”
# 12 sentyabr 2014 07:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Soyuq müharibə”dən sonra hər bir ölkə müstəqil şəkildə müdafiə sənayesi formalaşdırmağa çalışır. Çünki çətin, həlledici anlarda ölkələr bir-birlərinə inana bilmirlər”. APA-nın məlumatına görə, bunu I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçirilən konfransda Türkiyə müdafiə sənayesi müstəşarı İsmail Dəmir deyib.

 

İ. Dəmir bildirib ki, müdafiə sənayesi güclü olmayan ölkələr ciddi çətinliklərlə üzləşəcək: “Türkiyədə hava qüvvələri, donanma, quru qoşunları sahəsində daha çox inkişaf platformaları yaratmışıq, yeni məhsullar istehsal edirik. Elmi-tədqiqat sahələri də inkişaf edir. Türkiyə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla sıx əməkdaşlıq edir. Bu, sonda kollektiv müdafiə təşəbbüslərinin ortaya çıxmasına səbəb olub. Türkiyə və Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq yaranıb. Türkiyə Azərbaycanla həmişə yüksək səviyyədə əməkdaşlıq etməyə hazırdır ki, regionda sülhə nail olaq. ADEX-2014 sərgisi elə bir mühit yaradıb ki, burada şirkətlər arasında yaxşı münasibətlər formalaşıb. Sərginin təşkili üçün Azərbaycana təşəkkür edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR