APA-nın bildirdiyinə görə, bu rəqəm Türkiyə hökumətinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi illik hesabatlarında yer alıb.
Rəsmi Ankaranın 2007-2012-ci illərdə BMT Adi Silahlar Registrinə kiçik çaplı atıcı silahların ixracı barədə təqdim etdiyi hesabatlara (2007, 2008, 2010 və 2012-ci illərdə hesabat təqdim olunub) görə, Türkiyənin tapança ixracatında ilk üçlüyü ABŞ (41008 ədəd), Pakistan (28343 ədəd) və Suriya (13274 ədəd) tutur. Bu dövrdə Türkiyə həmçinin İrana 3519 ədəd tapança satıb.
Türkiyə postsovet regionunda isə ən çox tapançanı Azərbaycana (1961 ədəd) satıb. Sonrakı yerlərdə Gürcüstan (507 ədəd), Moldova (25 ədəd), Qazaxıstan (5 ədəd) və Qırğızıstan (3 ədəd) gəlir.