Bank Of Baku

Azərbaycan Türkiyədə keçiriləcək İDEF-2015 sərgisində geniş təmsil olunacaq

Azərbaycan Türkiyədə keçiriləcək İDEF-2015 sərgisində geniş təmsil olunacaq
# 28 yanvar 2015 12:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan may ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2015 beynəlxalq müdafiə sərgisində geniş təmsil olunacaq.

 

Sərginin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, bu sərgidə Azərbaycanı 3 qurum təmsil edəcək.

 

Sərgidə iştirakla bağlı Azərbaycandan daha bir neçə quruma Türkiyənin rəsmi strukturları vasitəsi ilə dəvət məktubu göndərilib.

 

Sərgidə Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə yanaşı, Azərbaycanın müdafiə sektorunda fəaliyyət göstərən ən böyük özəl şirkət olan «Azairtechservice» də yer alacaq. Digər təşkilatın isə adı hələlik açıqlanmır.

 

İDEF-2015 sərgisində ziyarətçi qismində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin, həmçinin Fövqəladə Hallar Nazirliyi və Daxili Qoşunlardan yüksək rütbəli nümayəndələrinin iştirakı gözlənilir.

 

Qeyd edək ki, İDEF sərgisində Azərbaycandan yalnız MSN iştirak edir. Nazirlik 2009-cu ildən bu sərgiyə qatılır. Aviasiya və hava hücumundan müdafiə sistemləri sahəsində çalışan «Azairtechservice» şirkəti isə əsasən Dubayda iki ildən bir keçirilən aviaşouda Azərbaycanı təmsil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR