Bank Of Baku

Türkmənistan sərhədçiləri Xəzərdə İrana məxsus balıqçı qayığını batırıblar

Türkmənistan sərhədçiləri Xəzərdə İrana məxsus balıqçı qayığını batırıblar
# 02 fevral 2015 08:14 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkmənistan dəniz sərhədçiləri İrana məxsus balıqçı qayığını batırıblar. APA-nın «Tehran Times»a istinadən verdiyi məlumata görə, türkmən dənizçilərinin açdığı atəş nəticəsində qayıq batıb. Hadisə zamanı balıqçılardan biri ölüb, digəri isə Türkmənistan sərhədçiləri tərəfindən saxlanılıb.

 

Hadisə dekabr ayında baş versə də, İran mətbuatı xəbəri fevralın 1-də yayıb. İran nəşri Türkmənistanda saxlanılan balıqçının taleyi barədə hər hansı məlumat olmadığını qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR