Bank Of Baku

Yavər Camalov Qazaxıstan müdafiə nazirinin müavini ilə görüşüb

Yavər Camalov Qazaxıstan müdafiə nazirinin müavini ilə görüşüb
# 14 iyul 2015 14:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Saken Jasuzakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir nümayəndə heyətinə MSN-in fəaliyyəti ilə bağlı məlumat verib.

 

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Səfər çərçivəsində nümayəndə heyətinin MSN-nin bir neçə müəssisəsində olacağı və istehsal prosesini yaxından izləyəcəyi də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR