Bank Of Baku

Zakir Həsənov İstanbulda keçiriləcək "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

Zakir Həsənov İstanbulda keçiriləcək "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək
# 02 may 2015 17:21 (UTC +04:00)

Bakı-APA. Mayın 5-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbul şəhərində keçiriləcək "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.

 

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR