Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq daha da inkişaf edir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Türkiyə-Gürcüstan-Azərbaycan müdafiə nazirlərinin birgə mətbuat konfransında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, Azərbaycan bütün qonşu ölkələrlə münasibətlərin inkişafında maraqlıdır.