Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov sərgidə "Roketsan", "BAYKAR", "TUALCOM" və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
Qeyd edək ki, sərgidə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.
***
13.51
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyədə keçirilən “Saha Expo" sərgisini ziyarət edib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, nazir stendlərlə, sərgidə nümayiş olunan müdafiə sənayesi məhsulları ilə tanış olub.