Xalq artisti Mobil Əhmədovun 85 illiyi qeyd olunub

Xalq artisti Mobil Əhmədovun 85 illiyi qeyd olunub
# 09 sentyabr 2016 16:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Mobil Əhmədovun 85 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, Bülbülün Ev Muzeyində baş tutan tədbirdə əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımovun müəllifliyi ilə Mobil Əhmədovun həyat və yaradıcılığını əks etdirən “Ustada ehtiramla” kitabı təqdim olunub.

Təqdimat mərasimində çıxış edən Mobil Əhmədovun tələbəsi Ramil Qasımov xatirələrini bölüşüb, onu yad edib.

Tədbirdə xalq artisti Adil Bağırov, bəstəkar Elnarə Dadaşova və digərləri Mobil Əhmədovla bağlı xatirələrini danışıb, səsinin özünəməxsusluğundan, yüksək insani keyfiyyətlərindən söz açıblar.

“Ustada ehtiramla” kitabında mərhum sənətkarın keçdiyi həyat yolu, onun rəsm işlərindən nümunələr və haqqında xatirələr yer alıb. Kitabın xüsusi redaktoru əməkdar incəsənət xadimi Rəşid Şəfəq, məsul redaktoru sənətşünaslıq üzrə fəlsəfə dokturu Səadət Təhmirazqızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR