Bank Of Baku

Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn edilib - FOTO - YENİLƏNİB-1

Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn edilib - FOTO  - YENİLƏNİB-1
# 16 sentyabr 2025 14:14 (UTC +04:00)

Xalq artisti Hacı Murad Yagizarov dəfn edilib.

APA xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

13:36

Xalq artisti Hacı Murad Yagizarovla vida mərasimi keçirilib.

APA xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutub.

Tədbirdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

***

12:13

Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.

APA xəbər verir ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Murad Yagizarovun vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, o, II Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun nəşi bu gün səhər Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR