Bank Of Baku

“Azərbaycan İncəsənət Festivalı 2013”-ün açılışı ilə bağlı mətbuat konfransı keçirilib - FOTO

“Azərbaycan İncəsənət Festivalı 2013”-ün açılışı ilə bağlı mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO
# 04 iyun 2013 11:08 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Bu gün Bakı Biznes Mərkəzində "Azərbaycan İncəsənət Festivalı-2013"-ün açılışı ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən nazirliyin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov tədbirin mahiyyətindən danışıb: “Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Yaradıcılıq Mərkəzinin birgə təşkilatı ilə keçirilən festivalın məqsədi respublikanın bölgələrində fəaliyyət göstərən dövlət rəsm qalereyalarının fəaliyyətində səmərəliliyin artırılması, bölgələrdə mədəni mühitin rəngarəng tədbirlərlə zənginləşdirilməsi, əhalinin mədəni istirahətinin təşkili, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə olan marağının artırılması və yaradıcılıq ideyalarının reallaşdırılmasıdır. Bu festivalı nazirliyin "Paytaxtdan bölgələrə" layihəsinin 4-cü mərhələsi kimi də qeyd etmək olar”.

 

Qeyd edək ki, Bakıdan sonra sərgilər Salyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı, Xaçmaz, Sumqayıt şəhərlərindəki dövlət rəsm qalereyalarında təşkil olunacaq. Layihə çərçivəsində dövlət rəsm qalereyalarında səyyar sərgilər və ustad dərsləri keçiriləcək.

 

"Azerbaijan Art Festival-2013"ün iştirakçıları sırasında Novruz Məmmədov, Məmməd Rəşidov, Erkin Ələkbərli, Fərəc Rəhmanov, Gülnarə Əlixanova, Bəhruz Kəngərli, Anar Hüseynzadə, Ələkbər Məmmədov, Anar İsmayılzadə, Lalə Ağayeva, Mehriban Əfəndi, Günel Ravilova, Aytən Şirzadova, Pərnisə Əsgərova, Aysel Əmirova kimi rəssamlar var. Festival çərçivəsində keçirilən tədbirlər başa çatdıqdan sonra festival haqqında qısametrajlı filmin hazırlanması nəzərdə tutulub. Festivalın kuratoru Fərəh Ələkbərlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR