Bank Of Baku

“Azərbaycan Teatrı 140” adlı sərgi keçirilib - FOTO

“Azərbaycan Teatrı 140” adlı sərgi keçirilib - <span style="color: red;">FOTO
# 24 iyun 2013 15:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu gün “Qalereya-1969”da Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində teatr rəssamlarının əsərlərindən ibarət "Azərbaycan Teatrı 140" adlı sərgi keçirilib. APA-nın xəbərinə görə, sərgini giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərginin əhəmiyyətindən, teatr rəssamlarının işləri ilə bağlı nəzərdə tutulan planlardan danışıb. Nazir müavini bildirib ki, müxtəlif müəlliflərin iştirakı ilə Azərbaycan teatrı ilə bağlı monoqrafiya və kitablar çap olunacaq. Ə. Vəliyevin sözlərinə görə, bu ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq teatrla bağlı ensiklopediya işıq üzü görəcək.

 

Azərbaycan Rəssamlar Birliyinin sədri Fərhad Xəlilov da sərginin teatr rəssamları üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

 

Sərgidə İzzət Seyidovun Səməd Vurğunun “Vaqif” əsərində şah surətinə çəkilmiş geyim eskizi, Elçin Aslanovun Hüseyn Cavidin “Xəyyam” əsərinə çəkilmiş dekorasiya eskizi, Kazım Kazımzadənin Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xan surətinə çəkilmiş geyim eskizi və digər rəsm əsərləri nümayiş olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR