Bank Of Baku

“Azərbaycanfilm” kinostudiyası “Xəzər” film layihəsi müsabiqəsi elan edib

“Azərbaycanfilm” kinostudiyası “Xəzər” film layihəsi müsabiqəsi elan edib
# 18 iyun 2013 11:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Xəzər” film layihəsi müsabiqəsini elan edib.

 

APA-nın “Azərbaycanfilm”in internet səhifəsinə istinadən verdiyi məlumata görə,  müsabiqə çərçivəsində gənc rejissorlar Xəzər dənizi mövzusunda tammetrajlı film layihələrini təqdim edə bilərlər. İlkin mərhələdə layihələrin qəbulu 15 iyun – 15 avqust tarixlərində aparılacaq.

 

Xəzər dənizi mövzusunda tammetrajlı bədii film layihəsinin büdcəsi 250.000 manatı   aşmamalıdır.

 

Qeyd edək ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və ölkəyə dəvət olunacaq bir sıra müstəqil film  prodüserlərinin əməkdaşlıq layihəsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR