Bakı. Turan Şakir - APA. İyul 16-da məşhur Amerika və türk kino şirkətlərinin nümayəndələri Azərbaycana gələcək.
Bu barədə APA-ya “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib.
Onun sözlərinə görə, 3 gün Azərbaycanda qalacaq nümayəndələrlə kino sahəsində əməkdaşlıq müzakirə olunacaq: “Əgər maraqlarımız üst-üstə düşərsə, onlarla da müqavilə bağlayacağıq”.
M.Hətəmov kinostudiyanın Avropa Kino İnkişafı Fonduna ərizə yazdığını da deyib: “Həmin fonda məktub yazmışam. Cavab gələn kimi bu haqda məlumat verəcəyəm. Azərbaycan filmlərinin xaricdə prokatlara verilməsi üçün bu fonda üzv olmaq mütləqdir”.