Bakı. Cavid Zeynalov - APA. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası kino sənətinə həvəs göstərən gənclərə imkan yaratmaq məqsədilə iyunun 11-dən iyulun 20-dək yenifilm.az qısametrajlı bədii filmlərin ssenari müsabiqəsini elan edib.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, 29 yaşa qədər olan müəlliflər istənilən mövzu və janrda bir və daha çox ssenari təqdim edə bilərlər.
Müsabiqəyə ssenariləri iyulun 15-dək [email protected] elektron ünvanına təqdim olunmalıdır. Müəllifin özü haqqında qısa məlumatı və rekvizitləri (poçt ünvanı, telefon, e-mail) ssenariyə əlavə olunmalıdır.
Münsiflər heyətinin rəyi əsasında üç ən yaxşı ssenari müəyyən edilərək “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında çəkiləcək. İstehsalına başlanan qalib ssenarilərin müəllifləri ümumi qaydada qonorar alacaqlar.
Qaliblərin adları avqustun 2-də kinostudiyanın saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq.