Bank Of Baku

“Azərbaycanfilm” kinostudiyası yeni bədii filmin çəkilişlərinə başlayıb

“Azərbaycanfilm” kinostudiyası yeni bədii filmin çəkilişlərinə başlayıb
# 18 iyun 2013 11:06 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yeni bədii filmin çəkilişlərinə başlayıb.

 

Kinostudiyadan APA-ya verilən məlumata görə, iyunun 16-dan çəkilişlərinə start verilən “Axınla üzü aşağı” adlı bədii filmin ilkin çəkilişləri Mingəçevirdə olub.

 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüsseri Nadir Əliyevdir.

 

Ailə-məişət mövzusunda olan filmdə Namiq Əliyev, Mehriban Zəki və başqa aktyorlar rol alıblar. Filmin çəkilişləri Bakıda davam edəcək. “Axınla üzü aşağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir. Filmin premyerası noyabr ayına planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR