Bakı. Turan Şakir - APA. “Azərbaycanfilm” kinostudiyasında xalq artisti Ramiz Əzizbəylinin 65 illik yubileyi qeyd olunub.
Kinostudiyanın direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, kinorejissor Oqtay Mirqasımov, Elxan Qasımov, Aydın Kazımzadə və başqalarının da qatıldığı yubiley tədbirində xalq artisti Ramiz Əzizbəylinin özü də iştirak edib: “Aktyoru xəstəxananın icazəsi ilə iki saatlıq yubiley tədbirinə gətirdik. Yubiley iştirakçıları xalq artistimizi təbrik edib, onun həyat və yaradıcılığı haqqında çıxışlar etdilər”.
M.Hətəmovun sözlərinə görə, tədbirin sonunda Ramiz Əzizbəyli yenidən müalicə olunduğu xəstəxanaya qayıdıb.