Bank Of Baku

“Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişlərinə start verilib

“Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişlərinə start verilib
# 23 avqust 2013 12:18 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Polkovnikin xəzinəsi” adlı yeni filmin çəkilişlərinə start verilib. APA-nın məlumatına görə, yeni ekran əsəri ironik-komediya janrında çəkilir. Tamaşaçılara “Axırıncı dayanacaq” adı ilə təqdim olunacaq yeni filmin süjet xətti yaşlı qocalar evinə düşmüş polkovnikin macəraları üzərində qurulub. Filmin çəkilişlərinin mart ayında başa çatacağı bildirilir. 

 

“Polkovnikin xəzinəsi”nin ssenari müəllifi İlqar Fəhmi, rejissoru əməkdar incəsənət xadimi Fikrət Əliyev, baş prodüsseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları xalq artistləri Arif Quliyev, Fuad Poladov, Tariyel Qasımov, Zemfira Nərimanbəyova, aktyorlar Tofiq Hüseynov, Qorxmaz Əlili, Bəhram Bağırzadə və başqaları ifa edəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR