Bank Of Baku

“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi qeyd olunacaq

“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi qeyd olunacaq
# 02 sentyabr 2013 10:21 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Sentyabrın 30-da C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi qeyd olunacaq.

 

“Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, tədbir “Nizami” Kino Mərkəzində baş tutacaq.

 

M.Hətəmov bildirib ki, kinostudiyanın yubileyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. İctimaiyyət nümayəndələrinin, kino xadimlərinin iştirak edəcəyi tədbirdə bir sıra xarici qonaqların iştirakı da gözlənilir. Kinostudiyanın yubileyi ilə əlaqədar paytaxt və rayonlarda son illərdə dövlət sifarişi ilə çəkilən filmlərin nümayişi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR