Bank Of Baku

“Bakı: qeyri-adi foto” adlı foto-müsabiqənin yekun nəticələrinin açıqlanma mərasimi keçirilib - FOTO

“Bakı: qeyri-adi foto” adlı foto-müsabiqənin yekun nəticələrinin açıqlanma mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 14 iyun 2014 12:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Müasir İncəsənət Mərkəzində “15 iyun – Qurtuluş Günü”nə həsr olunmuş “Bakı: qeyri-adi foto” adlı foto-müsabiqənin yekun nəticələrinin açıqlanma mərasimi keçirilib.

 

Azərbaycan Fotoqraflar Birliyindən (AFB) APA-ya verilən məlumata görə, tədbirdə AFB-nin sədri Mirnaib Həsənoğlu, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova iştirak edib.

 

Müsabiqədə ümumilikdə 41 nəfər iştirakçının fotolarına baxılıb. Münsiflər heyəti bütün texniki şərtlərə, müəyyən edilmiş parametrlərə və mövzuya uyğun olan 20 nəfər iştirakçının 50 fotosunu seçib. I yerin qalibi  Vüqar İbadov, II yerin qalibi Cavid Həşimov, III yerin qalibi isə İlkin Kəngərli olub.

 

Müsabiqədə seçilmiş 50 fotodan ibarət kataloq hazırlanıb və ilin sonunadək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə qaliblərin işlərindən ibarət səyyar foto-sərgilər təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR