Bank Of Baku

“Bakı dünən, bu gün, sabah” respublika sərgi-müsabiqəsi yekunlaşıb

“Bakı dünən, bu gün, sabah” respublika sərgi-müsabiqəsi yekunlaşıb
# 10 may 2013 14:18 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Xətai" Sənət Mərkəzi ilə birlikdə Heydər Əliyevin 90 illiyinə həsr olunan "Bakı dünən, bu gün, sabah" respublika sərgi-müsabiqəsinin yekun sərgisi keçirilib.

 

APA-nın verdiyi məlumata görə, sərgidə 12 mövzu üzrə 70-dək rəssamın 100-ə yaxın rəngkarlıq, qrafika və kiçik həcmli heykəltəraşlıq əsərləri nümayiş olunub.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu  sərgi-müsabiqə 2012-ci il oktyabrın 9-dan 2013-cü il aprelin 15-dək elan olunub: “Müsabiqəyə təqdim olunan əsərlər ölkə paytaxtının tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirir. Sərgi ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən yeni incəsənət əsərlərinin yaradılması məqsədilə keçirilib. Sərgi-müsabiqənin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması təsadüfi deyil. Bakının dünənki və bugünkü imicinin formalaşmasında onun böyük rolu var”

 

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov H.Əliyevin əvvəllər rəssamlıq və heykəltəraşlıqla məşğul olduğunu deyərək, onun Azərbaycan mədəniyyətində həm yaradıcılıq, həm də siyasi cəhətdən gördüyü işlərdən söz açıb.

 

Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR