Bank Of Baku

“Çölçü” filmi Cakartada “Ən yaxşı rejissor işi” üzrə mükafata layiq görülüb

“Çölçü” filmi Cakartada “Ən yaxşı rejissor işi” üzrə mükafata layiq görülüb
# 29 sentyabr 2014 09:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Çölçü” bədii filmi Cakartada keçirilmiş “International Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görülüb.

 

APA-nın məlumatına görə, 30 ölkədən 225 filmin iştirak etdiyi müsabiqədə filmlər “Platinum” və “Gold” mükafatları olmaqla iki nominasiyada qiymətləndirilib.

 

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

 

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR