Bank Of Baku

“Həyatın işığı” adlı sənədli film çəkilir

“Həyatın işığı” adlı sənədli film çəkilir
# 07 iyun 2013 12:48 (UTC +04:00)

Bakı. Turan Şakir-APA. “Azanfilm” kinostudiyasında əməkdar incəsənət xadimi heykəltəraş Həyat Abdullayeva haqqında sənədli filmin çəkilişlərinə başlanılıb. Bu barədə APA-ya kinostudiyanın direktoru Fariz Əhmədov məlumat verib. Onun sözlərinə görə, filmdə sənətkarın həyatı və yaradıcılığından bəhs ediləcək: “Filmdə xüsusilə Həyat Adullayevanın “Natəvan” əsərinə diqqət çəkiləcək. Çünki bu əsərin taleyi acınacaqlıdır”. “Həyatın işığı” adlanan filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru isə Yavər Rzayevdir.

 

Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR