Bakı. Turan Şakir - APA. Mayın 18-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “İki ətirli qızılgül” musiqili komediya tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəllifi Emilio Korbalido olan əsərin rejissoru Nina Çusovadır.
Tamaşada rolları Rusiyanın xalq artisti Larisa Udeviçenko, əməkdar artistlər Janna Epple, Evgilid Kürdizist, aktyorlar Pavel Efremov, Sergey Krivov ifa edirlər.