Bank Of Baku

“İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində sərgi təşkil edilib - FOTOSESSİYA

“İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində sərgi təşkil edilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 iyun 2015 14:29 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində gənc rəssamların rəsm işlərindən ibarət sərgi açılıb.

 

Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə layihənin rəhbəri Samir Quliyev çıxış edərək layihə haqqında məlumat verib, qeyd edib ki, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunan sərginin keçirilməsində əsas məqsəd “Bakı-2015” birinci Avropa Oyunlarının təbliğat kampaniyasına dəstək olmaq və gənc istedadlı rəssamların üzə çıxarılmasına təkan verməkdir.

 

Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev gənc rəssamların belə layihələrdə iştirakını öz çıxışında yüksək qiymətləndirib və bütün iştirakçılara təşəkkürünü bildirib.

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov və Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov gəncləri qazandıqları uğurlara görə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar.


Layihə çərçivəsində nümayiş olunan rəsm əsərlərinə görə I yerə gənc rəssam Aysel Əliyeva, II yerə Şəhla Abbasova, III yerə isə Lalə Heydərova layiq görülüb. Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunub. Sonra sərgi açıq elan edilib. Sərgidə gənc rəssamların 100-dən çox rəsm əsəri nümayiş olunub.*

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR