Bakı. Cavid Zeynallı - APA. Rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi IV "Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, film festivala göndərilən 300 qısametrajlı ekran əsəri arasından seçilib.
Beynəlxalq Müsabiqə Proqramında yarışmağa vəsiqə qazanan 13 filmdən biri olan “İnikas” S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin tələbəsi Ayşad Səfərəliyevin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan ekran əsəridir.