Bakı. Aygül Rzayeva – APA. Azərbaycan və Türkiyə kinematoqraflarının birgə layihəsi olan “Mahmud və Məryəm” filmi Berlində nümayiş olunub. APA-nın məlumatına görə, yazıçı Elçinin əsəri əsasında çəkilən filmin qala gecəsinə baş rol ifaçıları Aras Bulut İnemli, Eva Dedova və aktyorlar Tomris İncer, İlker Kızmaz qatılıb.
Filmin daha bir neçə Avropa ölkəsində nümayişi nəzərdə tutulub.