Bank Of Baku

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı sərgi keçirilib

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı sərgi keçirilib
# 24 dekabr 2013 10:05 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi və Gənclər Fondunun maliyyə, Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adı sərgi keçirilib.

 

APA-nın məlumatına görə, “LN” incəsənət mərkəzində baş tutan tədbirdə məktəbli gənclərin rəsmləri münsiflər tərəfindən qiymətləndirilərək onlara mükafatlar təqdim olunub.

 

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Hüseynov, əməkdar rəssam Aydın Rəcəbov və başqaları layihənin əhəmiyyətindən danışıblar. Aydın Rəcəbov qeyd edib ki, məktəbli gənclərin əl işlərindən ibarət olan sərgilərin keçirilməsi onları gələcək yaradıcılığa həvəsləndirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR