Bakı. Cavid Zeynalov – APA. “Qorxma, mən səninləyəm! 1919” filmi Tulada keçirilən “Gülümsə, Rusiya!” XIV komediya filmləri festivalının mükafatını qazanıb.
C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, filmin bəstəkarı Polad Bülbüloğluna xüsusi mükafat təqdim edilib.
Tulada üçüncü dəfə keçirilən festivalın rəhbəri tanınmış Rusiya kinorejissoru və ssenaristi Alla Surkovadır. Festival çərçivəsində Rusiyada çəkilmiş komediya filmləri nümayiş etdirilib, bir neçə ekran əsərinin premyerası olub.
Qeyd edək ki, "Qorxma mən səninləyəm - 2” ekran əsərinin ssenari müəllifi və rejissoru, Yuli Qusmandır. Filmdə SSRİ xalq artisti Lev Durov, Azərbaycanın xalq artistləri Polad Bülbüloğlu, Nuriyyə Əhmədova və başqaları rol alıblar.