Bank Of Baku

“Yeddi gözəl” Litvada nümayiş olunacaq

“Yeddi gözəl” Litvada nümayiş olunacaq
# 29 may 2013 11:51 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında litvalı rejissor Yonos Vaykozun quruluşunda Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olub. Bu barədə APA-ya teatrın direktoru Ədalət Hacıyev məlumat verib.

 

Tamaşa Nizamı Gəncəvinin 870 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hazırlanıb. Rolları Fuad Osmanov, Naina İbrahimova, Murad Məmmədov və başqaları ifa edib. Direktor onu da qeyd edib ki, tamaşa eyni quruluşda oktyabrın 2-də Litvanın paytaxtı Vilnüs şəhərində nümayiş olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR