Bakı. Turan Şakir – APA. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Yeni uşaq mahnıları – 2013” ümumrespublika müsabiqəsinin təqdimatı olub. APA-nın məlumatına görə, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılacaq.
Tədbirdə müsabiqənin keçirilmə qaydalarının müzakirə edilib, uşaq mahnılarına dair əhali arasında keçirilən sorğunun nəticələri açıqlanıb. Müsabiqənin şərtlərinə əsasən,
yarışmada peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər və müsabiqəyə təqdim olunan mahnılar uşaqların gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və s. mənəvi keyfiyyətləri əhatə etməlidir.