Bakı. Turan Şakir – APA. Bu gün “Yuğ” Dövlət teatrında Polşalı rejissor Tomaş Leşçinski Slovomer Mirojekin pyesi əsasında hazırlanmış “Sərhəddə” tamaşasının media nümayəndələri üçün baxışı keçirilib. Tamaşada bir ailənin evinin müxtəlif dövlətlər tərəfindən sərhədlərə bölünməsindən bəhs edilir. İnsanların sərhəd yaratması dini, irqi, sosial ayrıseçkilik, bəşəriyyətin növlərə, irqlərə bölünməsi, insan faciəsinə səbəb olur. Tamaşanın geniş tamaşaçı auditoriyası üçün premyerası may ayının sonlarında nəzərdə tutulur.
Qeyd edək ki, tamaşa beynəlxalq müştərək prodüsser layihəsi əsasında həyata keçirilib.
Layihə Polşanın Azərbaycandakı səfirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, "Yuğ" Dövlət teatrı, AR prodakşn - Beynəlxalq prodüsser şirkəti, A.Mitskeviç institutunun təşkilati dəstəyi ilə həyata keçirilib.