Bakı. Turan Şakir - APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində xalq artisti, professor Canəli Əkbərovun rəhbərliyi ilə “Zərbi Muğam” adlı konsert-açıq dərs keçirilib.
Bu barədə APA-ya məlumat verən C.Əkbərov bildirib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib: “Tədbirdə Mədəniyyət və İncəsənət universitetinin tələbələri ilə yanaşı nazirliyin əməkdaşları da iştirak edib”.
Tədbirdə xalq artistinin tələbələri - gənc muğam ifaçıları Jalə Quliyeva, Məhəmməd İbrahimov, Bəhruz Usubov, Ramiq Hadıyev, Hümbət Məmmədov və başqaları çıxış edib. İfaçıları tarda Emil Mirzəyev, kamançada Kamal Abdullayev müşayiət edib.