Bank Of Baku

«Azerbaijan Art Festival-2013» layihəsinin sonuncu sərgisi Sumqayıtda keçiriləcək

«Azerbaijan Art Festival-2013» layihəsinin sonuncu sərgisi Sumqayıtda keçiriləcək
# 06 iyul 2013 16:04 (UTC +04:00)

Bakı - APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Nar Mobile»ın baş sponsorluğu ilə «Baku Creative Center» tərəfindən keçirilən «Azerbaijan Art Festival-2013» layihəsi çərçivəsində sonuncu sərginin açılışı iyulun 7-də Sumqayıt Dövlət Rəsm Qalereyasında olacaq. APA-nın məlumatına görə, sərgi çərçivəsində layihə iştirakçısı Novruz Məmmədov incəsənətə marağı olanlar üçün master-klass keçirəcək. Sərgiyə giriş pulsuzdur.

 

Sərgidə ümumilikdə 17 rəssamın 40-a yaxın əsəri nümayiş olunur. Qeyd edək ki, sərgi iki gün davam edəcək.

 

Layihənin əsas məqsədi səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilikləri və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri dəstəkləyib üzə çıxarmaq, onlara dəstək verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR