Bank Of Baku

«Qızıl açar, yaxud Buratinonun macəraları» tamaşasının premyerası olub

«Qızıl açar, yaxud Buratinonun macəraları» tamaşasının premyerası olub
# 21 may 2013 13:37 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Aleksey Nikoloyeviç Tolstoyun «Qızıl açar, yaxud Buratinonun macəraları» əsəri əsasında eyniadlı tamaşanın premyerası olub. APA-nın məlumatına görə, quruluşçu rejissoru xorvatiyalı İvitsa Simiç olan tamaşanın premyerası anşlaqla keçib. Tamaşanın quruluşu haqda danışan xorvatiyalı rejissor tamaşanın uşaqlar üzərindəki təsirinin məhz Azərbaycanın təhsil sistemindən və azərbaycanlı uşaqların teatra marağından asılı olduğunu deyib: “Mən deyə bilmərəm ki, bu quruluşda tamaşa uşaqlara necə təsir edəcək. Çünki az bir müddətdir ki, Azərbaycandayam və uşaqların teatra nə dərəcədə tez-tez gəlmələri haqda məlumatım yoxdur. Amma istərdim ki, bu tamaşa uşaqları az da olsa uşaqlığın romantikasından çıxarıb həyat gerçəkliklərini göstərsin”.

 

Quruluşçu rəssamı Dinka Jeriçeviç, bəstəkarı İqor Karliç, baletmeysteri Raulya Türkan, geyim üzrə rəssamı Aynur Məmmədova olan tamaşada rolları teatrın aktyorları Elşən Çarhanlı, Roza İbadova, Asya Atakişiyeva, Seyidşah Məmmədov, Anar Səfiyev və başqaları ifa edib.

 

Qeyd edək ki, layihə Azərbaycan Peşəkar Milli Teatrının 140 və Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR