Bank Of Baku

"Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

 "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 18 dekabr 2014 13:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi, "525-ci qəzet" və "Mədəniyyət" qəzetlərinin iştirakı ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, müsabiqəyə yaşı 35-dək olan peşəkar, gənc teatrşünaslar və teatr sahəsində mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri ən yaxşı resenziya, ən yaxşı nəzəri araşdırma, ən yaxşı portret yazı, ən yaxşı tənqidi məqalə və ən yaxşı müsahibə nominasiyaları üzrə məqalələr təqdim edib.

 

Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən məqalələr münsiflər heyəti üzvləri tərəfindən oxunub və müvafiq olaraq qiymətləndirilib. Ə. Vəliyev bildirib ki, növbəti ildə müsabiqə daha geniş şəkildə keçiriləcək.

 

Müsabiqədə Pərvin Nurəliyava, Elçin Cəfərov, Aliyə Dadaşova, Həmidə Rüstəmova diplomla təltif olunublar.

 

Qeyd edək ki, müsabiqənin qalibi olan Aliyə Dadaşova “APA Holding”ə daxil olan Kulis.az ədəbiyyat portalının əməkdaşıdır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR