Bakı. Cavid Zeynallı – APA. Yanvarın 30-da Akademik Milli Dram Teatrında Ukrayna yazarı A.Krımın eyniadlı əsəri əsasında hazırlanan "Keçmişdən zəng" tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın rejissoru Ər-Toğruldur.
Bir hissəli tragikomik virtual oyun janrında hazırlanan səhnə əsərində rolları Rəşad Bəxtiyarov, əməkdar artist Sevinc Əliyeva və Elnar Qarayev ifa edəcəklər.