Bank Of Baku

"Arşın mal alan" operettasının 100 illik yubileyinə həsr olunan konsert keçiriləcək

"Arşın mal alan" operettasının 100 illik yubileyinə həsr olunan konsert keçiriləcək
# 22 oktyabr 2013 08:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Oktyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illik yubileyinə həsr olunan "Əsrləri fəth edən arşın malçı" adlı konsert keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu münasibətlə oktyabrın 23-də bəstəkarın ev muzeyində konfransın keçirilməsi də nəzərdə tutulub. Ev muzeyində həmçinin əsərin 100 illik səhnə həyatını işıqlandıran sərgi olacaq.

 

Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarının ifasında "Arşın mal alan" operettasından parçalar nümayiş etdiriləcək, musiqilər səslənəcək. Konsertdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.

 

Orkestrə xalq artisti, professor Ağaverdi Paşayev dirijorluq edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR