Bank Of Baku

"Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" mövzusunda konfrans keçirilib

"Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" mövzusunda konfrans keçirilib
# 24 sentyabr 2014 13:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bəstəkarlar İttifaqında VI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" mövzusunda konfrans keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, 2009-cu ildən ənənəvi olaraq keçirilən festival musiqi bayramına çevrilib.

 

Konfransda AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Zemfira Səfərova "Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının musiqisi kontekstində", macarıstanlı bəstəkar və ifaçı Şandor Sabo "Qədim macar Şərq musiqisi haqqında araşdırmalar”, AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova "Türk xalqlarının musiqisində məqam paralellərinə dair", əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva “Bəzi qədim türk melodiyaları və musiqi janrlarının Yaxın Şərq xalqlarının ənənəvi musiqisinə inteqrasiya haqqında”, əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə "Oğuz türklərinin epik musiqisinin konseptsferası", sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova "Üzeyir Hacıbəylinin yaradıcılığında türkçülük ideyaları" mövzularında məruzə ilə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR